UNITY TECHNOLOGIES MMC İT autsorsinq şirkətidir. Serverlərin, şəbəkələrin, Telefoniya və videomüşahidə sistemlərinin qurulması xidmətlərini göstərir. şirkət olaraq əsas fəaliyyət istiqamətimiz və təklif edilən xidmətlərimiz IT infrastrukturunun sıfırdan qurulması və ya yenilənməsi, texniki dəstək xidmətləri (HelpDesk), məlumat texnologiyaları və hesablama texnikası sahəsində sair fəaliyyətdən ibarətdir. Şirkətimiz həm də İT avadanlıqlarının topdan və pərakəndə satışı ilə məşğuldur. Məqsədimiz, təşkilatlarda biznes proseslərin stabilliyini, təhlükəsizliyini təmin edən və effektivliyini artıran faydalı IT xidmətlər göstərmək və keyfiyyətli avadanlıqlarla təmin etməkdir. Şirkətdə öz işini bilən peşəkarlar çalışır və iş, müştərilərə yüksək xidmət göstərilməsinə həssaslıqla yanaşılır.